Mayın 22-si və 23-də “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyevin rəhbərliyi ilə “Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsi”nin rəisi Zahid Nağıyev və Texniki şöbənin rəisi İqbal Adilov Respublikanın cənub bölgəsində yerləşən Lənkəran(Xanbulançay) və Masallı(Viləşçay) sutəmizləyici qurğular kompleksləri və Masallı şəhərində yeni tikilmiş tullantı su təmizləyici qurğularına işçi səfər ediblər.
Səfər İnstitutun yeni rəhbərinin Xanbulançay və Viləşçay su dəryaçaları bazasında yaradılmış sutəmizləyici qurğular(“Culligan” qum filtrləri) və bu mənbələrdən təchiz olunan Lənkəran, Astara və Masallı şəhərlərinin su təchizatı sistemləri ilə tanışlıq məqsədi daşıyıb.
Səfər zamanı nümayəndələrə Masallı tullantı sutəmizləyici qurğuları(bioloji) və onların iş prinsipləri barədə də ətraflı məlumat verilib.
Kommentare